“Azərbaycan komandası bu dəfə bizi sözün əsl mənasında heyrətləndirdi”

FIFA-nın 1-ci vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş 27-ci ənənəvi beynəlxalq turnirdə keçirilmiş Yaponiya – Azərbaycan oyunundan sonra rəqib komandanın baş məşqçisi Atsuşi Uçiyama fikirlərini açıqlayıb. Allsport.az xəbər verir ki, 0:1 hesablı məğlubiyyətdən sonra bunları söyləyib:

“Bu turnirdə Azərbaycan yığması ilə ötən il də qarşılaşmışdıq. Bu dəfə bizi sözün əsl mənasında heyrətləndirdilər. Azərbaycan yığması əla təsir bağışladı. Sona kimi bizə qol vurmağa imkan vermədilər. Nəticənin sensasiya olması haqda heç nə deyə bilmərəm. Futbolda hər bir nəticə mümkündür”.

Həmin kateqoriyadan