“Azərbaycan seçməsi fiziki cəhətdən güclüdür”

FİFA-nın 1-ci vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş 27-ci ənənəvi beynəlxalq turnirdə bu gün keçirilmiş Azərbaycan – Rusiya-2 oyunundan sonra rəqib komandanın baş məşqçisi Mixail Qalaktionov fikirlərini açıqlayıb. Allsport.az xəbər verir ki, o, komandasının 2:4 hesablı məğlubiyyətdən sonra bunları söyləyib:

“Turnirə hazırlaşmaq üçün kifayət qədər vaxtımız olmadı. Amma bunu bəhanə gətirə bilmərik. Meydana çıxmışıqsa, uduzmamalıyıq. Komandamın istəyindən, mübarizə əzmindən razıyam. Bu mənada, rəqibin yaxşı oyununu da unutmaq olmaz.

Azərbaycan yığması topu özündə çox yaxşı saxlayır. Fiziki cəhətdən də güclüdürlər. Rəqib bizdən 1 yaş böyük olsa da, bu, məğlubiyyət üçün əsas amil deyil. Öz meydanımızda oynayırdıq. Ona görə də qələbə qazanmaq istəyirdik”.

Həmin kateqoriyadan