Azərbaycan yığmasından 8:0 hesablı qələbə

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan Azərbaycanın U-17 yaşadək futbolçulardan ibarət yığma komandası növbəti yoxlama oyununa çıxıb. Allsport.az xəbər verir ki, Mirbağır İsayevin komandası yerli “Kunduspor”un əvəzedici komandası ilə qarşılaşıb.

Oyun yığmamızın böyük hesablı qələbəsi ilə başa çatıb. Belə ki, futbolçularımız 8 cavabsız qolla qalib gəliblər.

Xatırladaq ki, U-17 yığmamız bundan öncə “Balkan Fənərbağça” klubunun U-17 komandasına 9:0 hesabıyla qalib gəlmiş, Xorvatiyanın “Split” klubunun əsas heyətinə 0:4 hesabıyla uduzmuşdu.

Həmin kateqoriyadan