Azərbaycandan Finlandiya ilə 2-ci heç-heçə

Finlandiyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün növbəti yoxlama oyunu keçirib. Allsport.az xəbər verir ki, yığmamız “Eerikkila Sports Institute”stadionunda Finlandiyanın müvafiq yaş qrupuna aid yığma komandası ilə qarşılaşıb.

Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Yığmamızın qolunu Vadim Ağarəhimov vurub.

Xatırladaq ki, bu komandalar arasında fevralın 20-də keçirilmiş yoldaşlıq oyunu da heç-heçə yekunlaşmışdı 2:2.

Həmin kateqoriyadan