Azərbaycanın İngiltərə, Fransa və Danimarka ilə oyunlarının hakimləri açıqlandı

19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit mərhələsinin oyunlarını idərə edəcək hakimlərin adları açıqlanıb. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının yer aldığı 7-ci qrupun oyunlarına təyinatlar müəyyənləşib.

Fransada keçiriləcək qrupun ilk turunda meydan sahibləri ilə qarşılaşacaq millimizin ilk oyununu çernoqoriyalı Nikola Dabanoviç idarə edəcək. Yığmamızın İngiltərə və Danimarka ilə matçlarında ədləti isveçrəli Adrien Jakkottetin başçılıq etdiyi briqada qoruyacaq.

26 mart

22.30. Fransa – Azərbaycan
Hakimlər: Nikola Dabanoviç, Qortse Raznatoviç (hər ikisi Çernoqoriya), Vital Jobin, Adrien Jakkottet (hər ikisi İsveçrə).
Sent-Lo. “Luis Villemer” stadionu.

28 mart

21.30. İngiltərə – Azərbaycan
Hakimlər: Adrien Jakkottet, Vital Jobin (hər ikisi İsveçrə), Stefan Luzi, Benua Miyo (hər ikisi Fransa).
Bayo. “Anri Jane” stadionu.

31 mart

22.00. Azərbaycan – Danimarka
Hakimlər: Adrien Jakkottet, Vital Jobin (hər ikisi İsveçrə), Stefan Luzi, Benua Miyo (hər ikisi Fransa).
Flers. “Stad de Haz” stadionu.

Həmin kateqoriyadan