Azərbaycanın stolüstü tennis üzrə hakimləri beynəlxalq yarışı idarə ediblər

Rusiyanın Taqanroq şəhərində stolüstü tennis üzrə ETTU kuboku uğrunda yerli “TMK Tagmet” və Polşanın “KTS Spar Zamek” klublarının qadın komandaları arasında yarımfinal yarışı keçirilib. Allsport.az xəbər verir ki, yarış Polşa idmançılarının qələbəsi ilə başa çatıb.

Cavab görüşü aprel ayının 1–də Polşanın Tarnobrjeq şəhərində təşkil olunacaq.

Qeyd edək ki, oyunu beynəlxalq dərəcəli hakim Zaur Mikayılov idarə edib. Yarışın baş hakimi beynəlxalq dərəcəli hakim Könül Mikayılova olub.

Həmin kateqoriyadan