- Baxış sayı: 66
- 06 Noyabr 2026 14:54
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0
Ukraynanın “Şaxtyor” klubu Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində daha bir yoxlama oyunu keçirib. Allsport.az xəbər verir ki, Donetsk təmsilçisi Minsk “Dinamo”su ilə qarşılaşıb.
Oyun Belarus klubunun 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Qolları Adriano və Kosta vurub.
“Şaxtyor” oyunda bu heyətlə çıxış edib: Sarnavski (Kanibolotski, 46), Dentinyo (İvanisenya, 67), Krivtsov (Kuçer, 46), Ordets (Volovik, 46), İsmaili (Şevçuk, 46), Stepanenko (Rakitski, 46), Fred (Fernando, 46), Vellinqton (Zaqorulko, 67), Teyşeyra (к) Marlos, 46), Tayson (Kosta, 46), Qladki (Adriano, 46).
Qeyd edək ki, Azərbaycan yığması sabah “Şaxtyor”la yoxlama oyunu keçirəcək.