Azərbaycanlı hakimlər İtaliya – İrlandiya matçını idarə etdilər

Azərbaycanlı hakimlər 21 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında təşkil olunan AÇ-2017-nin seçmə mərhələ oyununu idarə ediblər. Allsport.az xəbər verir ki, baş hakim Əliyar Ağayevin rəhbərlik etdiyi hakimlərimiz İtaliya və İrlandiyanın gənclərdən ibarət yığmalarının oyununda idarəçilik ediblər.

İtaliyada keçirilən görüşdə meydan sahibləri 1:0 hesabıyla qalib gəliblər. Ağayev altısı italyanlara, biri irlandlara olmaqla bütövlükdə 7 sarı vərəqə göstərib. İtalyanların bir futbolçusu iki sarı vərəqə aldığı üçün 70-ci dəqiqədə qırmızı vərəqə ilə cəzalanıb.

Qeyd edək ki, bu oyunda Ağayevə Zeynal Zeynalov, Rza Məmmədov və dördüncü hakim Orxan Məmmədov kömək edib.

Həmin kateqoriyadan