- Baxış sayı: 53
- 21 Oktyabr 2026 23:54
- Baxış sayı: 98
- Oktyabr 21, 2026
- 0

Azərbaycan millisinin futbolçusu Mahir Əmrəlinin çıxış etdiyi “Rakuv” komandasının yeni baş məşqçisi açıqlanıb.
Allsport.az xəbər verir ki, klub David Szvarqa ilə anlaşıb.
O, Polşa təmsilçisi ilə 2 illik müqavilə imzalayıb.
36 yaşlı mütəxəssis bu postda Tomaş Kaçmareki əvəzləyib.
Xatırladaq ki, “Rakuv” Polşa çempionatında 6 xalla sonuncu – 18-ci pillədə qərarlaşıb.