Əmrəlinin komandasında yeni baş məşqçi

Azərbaycanlı hücumçu Mahir Əmrəlinin çıxış etdiyi Polşanın “Rakuv” klubu yeni baş məşqçi təyin edib.

Allsport.az xəbər verir ki, klub Tomaş Kaçmareklə 3 illik müqavilə imzalayıb.

O, Misir, İsveç, Almaniya, Niderland və Polşada çalışıb.

Bundan əvvəl kluba David Kroçek və Davit Şulçek rəhbərlik edib.

Əlavə edək ki, ilk 6 turun nəticələrinə əsasən “Rakuv” turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb və hələ də xal qazana bilməyib.

Həmin kateqoriyadan