Azad Rəhimov Afinada

Gələn il Bakıda təşkil olunacaq 1-ci Avropa Oyunlarının təqdimatı  məqsədi ilə  gənclər və idman naziri Azad Rəhimov bu gün Yunanıstan paytaxtı Afinaya səfər edib. Allsport.az saytı xəbər verir ki, tədbir çərçivəsində Bakı-2015-in keçirilməsi ilə bağlı görülmüş işlər barədə yunan ictimaiyyətinə ətraflı məlumat veriləcək.
Üstəlik,  idmanın inkişafı sahəsində ölkəmizin fəaliyyətinə, uğurlarına və Birinci Avropa Oyunlarına həsr olunmuş konsert proqramı təşkil ediləcək.  Eyni zamanda,  təbliğat  və məlumat   xarakterli materiallar paylanacaq.
Səfər 28 sentyabr tarixinədək davam edəcək. 

Həmin kateqoriyadan