Azad Rəhimov BMT-də Bakı-2015-in təqdimatını keçirib

Gənclər və idman naziri və Bakı-2015-in baş icraçı direktoru Azad Rəhimov Nyu-Yorkda yerləşən BMT-nin Baş Assambleyasında “İnkişaf və sülh naminə idman” mövzusunda çıxış edib. Allsport.az saytı xəbər verir ki, o, həmçinin qonaqlarla birlikdə nahar edib, gələn ilin iyununda keçiriləcək ilk Avropa Oyunları haqqında əsas faktlardan danışıb. Rəhimov nümayəndələrlə söhbətində bunu deyib:

“Azərbaycan dünyada idman dövləti kimi tanınmağa başlayır. Ölkəmiz böyük tədbirlərə ev sahibliyi etməklə mühüm təcrübə qazanmışdır. 17 gün ərzində davam edəcək Avropa Oyunlarında Avropadan 6000-dən çox idmançı 20 idman növündə sülh, ədalət, dostluq və birlik prinsipləri əsasında yarışacaqlar. Avropa Oyunlarına hazırlaşmaq üçün 2 ildən bir az çox vaxtımızın olmasına baxmayaraq, ölkəmiz bu ilk Oyunları ən yüksək səviyyədə keçirmək əzmindədir”.

Nazir Bakı 2015-in Təşkilat Komitəsinin sədri kimi Azərbaycanın birinci xanımı, Mehriban Əliyevanın rəhbərliyindən də bəhs edib. O, Avropa Oyunlarının Azərbaycana qoyacağı mirasdan və Bakı-2015 üçün tikilən yeni idman obyektlərinin uzunmüddətli əhəmiyyətindən danışıb. A.Rəhimov sonra bunu əlavə edib:

“Orta yaşı 30.1 olmaqla ölkə əhalisinin böyük hissəsini gənclər təşkil edir. Əhalinin 40%-i 24 yaş altındadır. Bu cür statistik göstərici ilə biz xalqımızı gözəl idman infrastrukrutları ilə təmin etməyi öhdəliyimiz və məqsədimiz olaraq hiss edirik. Faktiki olaraq, təkcə son 10 il ərzində bütün ölkə ərazisində 50-dən çox dünya standartlarına cavab verən idman obyekti inşa etmişik. Bu idman infrastrukturu əhalimizin idman obyektlərindən istifadəsini təmin edir və fərdlər üçün tamamilə ödənişsizdir’.

 

Həmin kateqoriyadan