Azad Rəhimov Lissabonda portəgiz həmkarı ilə görüşüb

Portuqaliyanın gənclər və idman üzrə Dövlət katibi Joao Paulo Rebelonun dəvəti ilə azərbaycanlı həmkarı Azad Rəhimovun rəhbərlik etdiyi nümayəndə heyəti Lissabonda səfərdədir.

Allsport.az saytı xəbər verir ki, görüş çərçivəsində son illər ölkəmizdə keçirilmiş birinci Avropa oyunları, Şahmat olimpiadası, formula1 qran-pri, 4-cü İslam həmrəyliyi oyunları kimi böyük idman tədbirlərinin təşkili sahəsində Azərbaycanın qazandığı  təcrübə ilə bağlı fikir mübadiləsi aparılmış, gənclər və idman sahələrində əməkdaşlıq məsələləri müzakirə edilmiş və  gələcək perspektivlər üçün təkliflərin hazırlanması fikri irəli sürülüb.

Avropa Ittifaqına üzv ölkə kimi Portuqaliyada gənclər və idman sahələrində görülən işlərlə daha yaxından  tanış olmaq məqsədi ilə Azad Rəhimov bu ölkədə gənclər və idman sahələrinə məsul bir sıra rəsmi şəxslərlə görüşlər keçirib, idman arenaları, Milli Gənclər Mərkəzi və bir sıra məkanlara səfərlər edir.

 

Həmin kateqoriyadan