AzAL Bakıda hazırlaşacaq

AzAL Türkiyədə planlanlaşdırılan təlim-məşq toplanışını ləğv edib. Allsport.az хəbər verir ki, Bakı klubu qış fasiləsində ölkəni tərk etməyəcək.

“Təyyarəçilər” çempionata Şüvəlandakı bazasında hazırlaşacaq. Tərlan Əhmədov toplanış müddətində yetirmələrini 4 oyunda sınayacaq. Rəqiblərin siyahısı dəqiqləşməsə də, AzAL-ın digər Premyer Liqa klubları – “Bakı” və “Sumqayıt”la qarşılaşması gözlənilir.

Qeyd edək ki, AzAL qış təlim-məşq toplanışının ikinci hissəsini yanvarın 12-dən 24-dək Türkiyənin Antalya şəhərində keçirməyi planlaşdırmışdı.

Həmin kateqoriyadan