- Baxış sayı: 27
- 05 May 2024 00:35
- Baxış sayı: 82
- May 03, 2024
- 0
Martın 30-31-i aralığında İsveçin paytaxtı Stokholm şəhərində Avropa Klublar İttifaqının (ECA) Baş Assambleyasının Plenar İclası keçrilib. Allsport.az xəbər verir ki, sayca 15-ci olan bu iclasda həmişəki kimi AzAL-ın nümayəndəsi də iştirak edib.
Belə ki, klubun vitse-prezidenti Fikrət Hüseynov tədbirə qatılaraq gündəlikdə duran məsələlərin müzakirəsində iştirak edib.
O, həm də bu mötəbər tədbirdə ölkəmizin yeganə təmsilçisi olub. Əvvəlki dövrlərlə müqayisədə bu dəfə AzAL-dan başqa heç bir klub nümayəndəsini göndərməyib. Baş Assambleyasının Plenar İclasında isə futbolda böyük önəm kəsb edən bir sıra məsələlər – milli komandaların üzvlərinin sıgortalanması, FİFA TMS sistemi ilə baglı inzibatı cəzaların tətbiqi, Dünya Çempionatından əldə olunan gəlirlərin bölüşdürülməsi, futbolçuların transferi və keçidinə dair əsasnamənin müzakirəsi haqda fikir mübadiləsi aparılıb.