Azarkeşlərin cibini soyan AFFA-nın rəsmi fanşopu nəhayət, qiymətləri 3 dəfə endirib

AFFA vaxtaşırı sorğular keçirərək azarkeşlərin və futbol ictimaiyyətinin fikir, təklif və iradlarını öyrənir, onların əsasında müəyyən yeniliklər və ya dəyişikliklər tətbiq edir. Allsport.az saytı xəbər veri ki, bir müddət öncə keçirilmiş sorğu nəticəsində AFFA-nın rəsmi fanşopunda qiymətlər 3 dəfə endirildi.
İndi isə siz yenidən fikirlərinizi bildirərək, yaxın gələcəkdə istifadəyə veriləcək yeni məhsulumuzun şərtlərini təyin edə bilərsiniz. Bunun üçün qeyd olunmuş linkə (www.surveymonkey.com/r/RKNFSRY) daxil olaraq bir neçə suala cavab verməyiniz kifayətdir.
Unutmayın ki, sizin fikiriniz bizim üçün çox vacibdir! Çünki “Biz Birlikdə Güclüyük”! Milli komandanın məhsullarını “Port Baku Mall” ticarət mərkəzində yerləşən “GoSport Baku” mağazasından əldə etmək olar.

Həmin kateqoriyadan