Bəxtiyar Abbasovun rəqibi dəyişdi

Azərbaycanın və “Qəbələ” İdman Klubunun təmsilçisi, qarışıq döyüş növlərində (MMA) çıxış edən Bəxtiyar Abbasov növbəti döyüşünə çıxacağı barədə məlumat vermişdik. Allsport.az xəbər verir ki, sabah keçiriləcək qarşılaşmada rəqib gözlənildiyi kimi Pavel Kuş deyil, ukraynalı Aleksandr Boyko olacaq.

Rəqibin dəyişməsinə səbəb Kuşun zədələnməsi və döyüşdən imtina etməsidir.

84 kq çəkiyə malik Boyko peşəkar rinqdə 20 döyüş keçirib. Bunlardan 12-də qalib gələn Ukrayna təmsilçisi 8 qarşılaşmada məğlub olub.

Həmin kateqoriyadan