Bahadır Əhmədov: “Azərbaycan millisi çox istəkli, aqressiv oyun göstərdi”

Özbəkistanın futzal millisinin baş məşqçisi Bahadır Əhmədov Azərbaycanla yoxlama matçından sonra açıqlama verib. Allsport.az xəbər verir ki, mütəxəssis 3:4 hesablı məğlubiyyəti şərh edib:

“Birinci hissədə pis oynadıq, çoxlu səhvlərə yol verdik. Bəlkə də birinci oyundakı inamlı çıxışımızın müəyyən qədər mənfi təsiri var idi. Əvəzində rəqibimiz çox istəkli, aqressiv oyun göstərdi. Fasilədə uşaqlara toparlanmağı, öz oyunumuzu oynamağı tapşırdıq. Bunun bəhrəsini ikinci hissədə gördük.

Yaxşı oynadığımızı və ikinci hissədə bizim qələbə qazandığımızı deyə bilərəm. Ümumi götürdükdə, Bakıda keçirdiyimiz oyunlardan razı qaldım. Çünki Azərbaycan millisi kimi güclü rəqiblə qarşılaşdıq. Rəqibimizin heyətində kifayət qədər təcrübəli futzalçılar yer alır”.

Həmin kateqoriyadan