Bakı idman sarayında yeniyetmə güləşçilərin beynəlxalq “Təhsil” turniri başladı

Bu gün yunan-Roma və sərbəst güləş üzrə yeniyetmələr (U-17) arasında beynəlxalq “Təhsil” turniri start götürdü. Allsport.az saytı xəbər verir ki, yarışın günündə 45, 51, 60, 71 və 92 kq-da çıxış edən “sərbəstlər” mübarizə apardı.

Bakı idman sarayında yarışın təntənəli açılış mərasimi izləyicilərin marağına səbəb olub. Rəqs kompozisiyasında elmin, təhsilin güləşlə vəhdəti əksini tapıb. Rəqqasların Azərbaycan tarixini əks edən nümayişindən sonra, medallar uğrunda görüşlərə start verildi.

45 kq

Final: Məhərrəm Rzayev (Azərbaycan) – Elgün Məmmədov (Azərbaycan) 2:3
Bürünc medal görüşü: Allahverən İsmayılov (Azərbaycan) – Rinat Aydınlı (Azərbaycan) 6:12
Bürünc medal görüşü: Anar Mirzəyev (Azərbaycan) – Amangəldi Yerali (Qazaxıstan) 10:0

51 kq

Final: Sədrəddin Həsənov (Azərbaycan) – Seyhun Əlizadə (Azərbaycan) 11:2
Bürünc medal görüşü: Mirfəda Qafarlı (Azərbaycan) – Hüseyn Qasımov (Azərbaycan) 10:0
Bürünc medal görüşü: Çino Qaspard (Fransa) – Ülvi Heydərli (Azərbaycan) 2:6

60 kq

Final: Abdullah Nakayev (Fransa) – Camal Abbasov (Azərbaycan) 4:8
Bürünc medal görüşü: Yamlihay İmaməli (Azərbaycan) – Nurlan Ağazadə (Azərbaycan) 5:7
Bürünc medal görüşü: Ramal Əmirli (Azərbaycan) – Yerali Jenissoy (Qazaxıstan) 0:10

71 kq

Final: Muradxan Ömərov (Azərbaycan) – Nurdaulet Seilbekov (Qazaxıstan) 2:6
Bürünc medal görüşü: Maratuli Yerbol (Qazaxıstan) – Məhəmməd Abbaszadə (Azərbaycan) 2:7
Bürünc medal görüşü: İsmayıl Əsədli (Azərbaycan) – Ülfət Məmmədov (Azərbaycan) 11:0

92 kq

Final: Fərhad Süleymanlı (Azərbaycan) – Novruz Əhmədxanov (Qazaxıstan) 0:2

Dünya güləş birliyinin təqvimində yer alan yarışda Azərbaycanla yanaşı, Qazaxıstan, Tacikistan, Fransa, Böyük Britaniya və İsraildən ümumilikdə 200-dən artıq idmançı iştirak edir.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish