- Baxış sayı: 186
- 24 Aprel 2026 21:58
- Baxış sayı: 153
- Aprel 24, 2026
- 0

Tiranada keçirilən Avropa çempionatında qadın güləşçilərin çıxışına yekun vuruldu. Allsport.az saytı xəbər verir ki, gənclərdən təşkil olunan Azərbaycan millisi 2 bürünc medalla kifayətləndi. Baxmayaraq ki, qızların daha yüksək əyarlı və daha çox medal qazanma inkanları oldu. Baş məşqçi əvəzi Toğrul Əsgərov nə düşünür? Albaniya paytaxtına səfər edən azərbaycanlı idman yazarlarına o ümumi yekunu belə qiymətləndirdi:
“Bu yarışa ciddi hazırlaşmışdıq. Tiranaya 5 yerli güləşçi ilə yollandıq. Onlardan 3-ü hələ gənclərdə çıxış edir. Elnurə Məmmədoba dizindən zədələnərək yarışdan kənarlaşdırıldı. Qalan 4 nəfər finala qədər irəliləyə bilərdi. Gözləntim yüksək idi: 57 və 59 kq-da qızıl medal qazanmaq imkanımız vardı. Ani bəxtsizlik bizi bundan məhrum etdi. Çalışacağıq səhvlərimi düzəldək.
Günay Qurbanovaya ümidlər böyükdür. O gənclərdə dəfələrlə çempion olub. Onun hələ böyüklərdə çıxış etməsinə 5-6 il var. Buna rəğmən, bu yarışda qənaətbəxş nəticə göstərdi. Biz əsas gücü olimpiadaya qoymuşuq. Komandamız gəncdir. Belə yarışlarda, böyük səhnələrdə çıxış etməyə bir qədər ehtiyacımız var”.
Kamran HACI, Tirana