- Baxış sayı: 265
- 21 Aprel 2026 22:11
- Baxış sayı: 74
- Aprel 21, 2026
- 0

Tiranada keçirilən Avropa çempionatında olimpiya çəkisində çıxış edən İslam Abbasov (87 kq) bürünc medal uğrunda görüşdə türkiyəli Doğan Qaya üzərində 5:1 inamlı qələbə qazandı. Allsport.az saytı xəbər verir ki, mükafatlandırmadan sonra o Albaniya paytaxtına ezam olunmuş KİV nümayəndələrinə müsahibə verdi açıqlama verdi:
– İlin ilk ciddi sınağında fərqləndin. Yarış ümumilikdə necə keçdi?
– Bildiyiniz kimi, yunan-Roma güləşi Avropada çox inkişaf edib. O üzdən hər zaman burada rəqabət gərgin olur. Alllaha çox şükür, bu dəfə də fərqləndim. Mənə dəstək olan hər kəsə təşəkkürümü bildirirəm. Çalışacağam ki, uğur davamlı olsun.
– İslam, qitə çempionatında 5-ci medalına yetişdin.
– Əlbəttə, hər Avropa və dünya çempionatında qazanılan nəticələr il ərzində hazırlığın göstəricisidir. Hədəf çempionluq idi, amma bəzi çatışmayan cəhətlər üzündən istək baş tutmadı. Çalışacağam ki, qarşıdakı yarışlarda onu aradan götürüm. Tam yüksək hazırlığı bərpa edib zirvəyə yüksəlim.
– Qazandığın mükafatlar içində bürünclər çoxluq təşkil edir. Hesab etmirsən ki, sənə “bürünc İslam” ləğəbini versinlər?
– Sadəcə olaraq, “İslam Abbasov” demələri yetər. Zatən qazandığımız medallar il ərzində dəyişir.
– Avropa ilə müqayisədə, dünya çempionatında medalın azdır. Hərçənd, yunan-Roma güləşinin vətəni köhnə qitə sayılır və burada rəqabət daim gərgin və diqqətçəkən olub…
– Bu barədə məşqçilər heyəti ilə söhbətim olub. İlin əvvəlində gücüm çox olur və özümü gümrah hiss edirəm. O üzdən uğur da mövsümün ilk yarısında olur. Sonra enerji azalır və qüvvəmi dünya çempionatına çatdıra bimirəm. Gücü elə paylaşmaq lazımdır ki, bu yarışa da çatsın.
– İslam, məşqçilər heyətində dəyişiklik olub. Yenilərlə necə anlaşırsan?
– Məhəmməd Bəna – rəğbət bəslədiyim mütəxəssislərdəndir. Onu 2014-cü ildən tanıyıram. Özünə simpatiyam var. Xasiyyəti, xarakteri və yanaşması ürəyimcədir. Arzulayırdım nə vaxtsa onunla çalışam. Allaha çox şükürlər olsun ki, elə gətirdi ki, o Azərbaycan millisinin başına keçdi.
Kamran HACI, Tirana