- Baxış sayı: 61
- 22 Aprel 2026 23:42
- Baxış sayı: 61
- Aprel 22, 2026
- 0

Albaniya paytaxtında Avropa çempionatında olimpiya çəkisində yunan-Roma güləşçimiz Həsrət Cəfərov (67 kq) finalda türkiyəli Murad Firatı 7:5 üstələyərək, 4-cü dəfə baş mükafata yiyələndi və bu növdə rekord edib tarix yazdı. Allsport.az saytı xəbər verir ki, medal mərasimindən sonra 4-qat qitə çempionu Tiranaya ezam olunmuş azərbaycanlı jurnalistlərə sevincini bölüşdü:
“Bu gün çox xoşbəxtəm: ardıcıl 4-cü dəfə qızıl medal qazandım. Mənə dua edən, uğuruma sevinən hər kəsə minnətdram. Bu işin arxasında böyük zəhmət dayanır. Biz də buna qatlaşıb, gəlib bu yerə, bu səviyyəyə çatmışıq. Qızıl medal olanda, çətin günlər yaddan çıxır, həmin uğurun sevinci ilə yaşamağa başlayırsan. Son qələbəmi sızıma həsr edirəm”.
Kamran HACI, Tirana