- Baxış sayı: 80
- 24 Sentyabr 2026 23:59
- Baxış sayı: 80
- Sentyabr 24, 2026
- 0

Tiranada keçirilən Avropa çempionatında qadın güləşində Günay Qurbanova 59 kq-da bürünc medal uğrunda görüşdə belaruslu rəqibini 7:5 üstələyərək, siftəni tutulla bitirdi. Allsport.az saytı xəbər verir ki, 18 yaşlı idmançı mükafatlandırmadan sonra Albaniya paytaxtına səfər edən azərbaycanlı idman yazarlarına təəssüratını bölüşdü:
“Çox sevincliyəm. İlk dəfə böyüklərdə çıxış etməyimə rəğmən, mükafat qazandım. Finalı, qızılı medalı gözləyirdim. Təəssüf ki, alınmadı, təcrübəm çatmadı. Sona 5 saniyə qalmış üstünlüyü əldən verdim. Çox istərdim olimpiya oyunlarında güləşim. Amma hazırda çəkim qeyri-olimpiyadır. Məşqçi heyəti nə qərar versə, o da olacaq”.
Kamran HACI, Tirana