- Baxış sayı: 61
- 21 Aprel 2026 23:00
- Baxış sayı: 61
- Aprel 21, 2026
- 0

Albaniyanın paytaxtı Tiranada qitə çempionatında 55 kq-da Rəşad Məmmədov həlledici tutaşmada türkiyəli rəqibi Ömər Rəcəbə tam üstünlüklə qalib gəldi. Allsport.az saytı xəbər verir ki, titullu yunan-Roma güləşçisi mükafatlandırmadan sonsa sevincini azərbaycanlı idman yazarlarına bölüşdü:
“2 il əvvəl Rumıniya paytaxtı Buxarestdə eyni yarışda gümüş medal qazanmışdım. Qarşıda çoxlu sınaqlar var. Hesab edirəm ki, həmin mübarizələrdə əyarı daha yaxşılaşdırmaq imkanım olacaq.
Bu çəkidə təcrübəli komanda yoldaşım Eldəniz Əzizlinin məsləhəti yerinə düşdü. Düzdür, dediklərini tam yerinə yetirə bilmədim. Amma bu yarışdan nəticə çıxaracağam”.
Kamran HACI, Tirana