“Bəzən istədiyin kimi alınmır”

Tiranada keçirilən Avropa çempionatında qeyri-olimpiya çəkisində yunan-Roma güləşçimiz Nihat Məmmədli (60 kq) 3-cü yer üçün tutaşmada rusiyalı Sunər Konunovu 6:0 üstələdi. Allsport.az saytı xəbər verir ki, medal mərasimindən sonra titullu idmançı Albaniya paytaxtına ezam olunmuş azərbaycanlı jurnalistlərə açıqlama verdi: 

“Bu mənim Avropa çempionatında 4-cü medalım idi. Təbii, istərdim yenə qızılla qayıdım. Çünki son 2 eyni yarışda baş mükafata nail olmuşdum. Alınmadı, eybi yox, növbəti sınaqlarda əvəzini verərəm. Bəzən istədiyin kimi alınmır. Günahı başqasında axtara bilmərəm. Çünki çox yaxşı təlim-məşq keçmişdik.

Özümü heç vaxt kiminləsə müqayisə etmirəm. Son qitə çempionu Georgi Tibilovdan da zəid deyiləm. Ötən finalda onu yenmişdim. Səhv varsa, bunu özümdə görürəm. Görüşə düzgün yanaşmadım, onu yaxşı qurmadım, texniki cəhətdən doğru idarə etmədim”.

Kamran HACI, Tirana

Həmin kateqoriyadan