- Baxış sayı: 106
- 05 Avqust 2026 11:30
- Baxış sayı: 228
- Avqust 05, 2026
- 0

Tiranada keçirilən Avropa çempionatında qadın güləşində millinin kapitanı Jalə Əliyeva (57 kq) 3-cü yer uğrunda qarşılamada belaruslu rəqibini tam üstünlüklə yendi. Allsport.az saytı xəbər verir ki, o, mükafatlandırmadan sonra Albaniya paytaxtına səfər edən azərbaycanlı idman yazarlarına çıxışını dəyərləndirdi:
“Əslində, yarışa çox ciddi hazırlaşmışdıq. Məqsədim çempion olmaq idi. Ötən qitə çempionatının yarımfinalında zədələndim, qabırğam sındı, medal qismət olmadı. O üzdən, əsas gücümü bu yarışa yönəltmişdim. Bu sınaqda müəyyən səhvlərim oldu. Həmin səbəbdən finala yüksələ bilmədim. Səhvlərin üzərində işləyib gələcəkdə bir daha bunlara yol verməməyə çalışacağam, Allah qoysa”.
Kamran HACI, Tirana