- Baxış sayı: 36
- 23 Aprel 2026 16:08
- Baxış sayı: 36
- Aprel 23, 2026
- 0

Albaniyanın paytaxtı Tiranada güləş üzrə qitə çempionatı artıq mərkəz xəttini keçib. Gərgin və maraqlı tutaşmalarda yunan-Roma üsulunda millimiz növbəti dəfə tağım hesabında zirvədə qərarlaşdı. Bahadırlarımız 10 çəkidə cəmdə 2 qızıl və 3 bürünc medal qazandılar. Bu medalların 2-si olimiya dərəcəsindədir.
Qitə çempionatında güləşçilərimiz güclü dəstəyə malikdirlər. Yarışın gedişində hər gün idmançılarımıza Bakıdan və Avropanın müxtəlif ölkələrindən gəlmiş soyaşlarımız azarkeşlik edirlər. Onlara daim səfirliyimizin əməkdaşları da qoşulurlar.
Ümumilikdə azarkeş və təşkilati dəstək Azərbaycan güləş federasiyası, ölkəmizin Albaniyadakı böyük elçiliyi və Allsport.az saytı tərəfindən həyata keçirilir.


