- Baxış sayı: 56
- 15 İyun 2025 14:57
- Baxış sayı: 165
- İyun 20, 2025
- 0
Oktyabrın 6-da Xəyal adasında (Dreamland) qolf üzrə “Zəfər” turnirinin açılış mərasimi keçirilib.
Allsport.az xəbər verir ki, mərasimdə əvvəlcə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib. Ardınca gənclər və idman nazirinin müavini Mariana Vasileva, Azərbaycan qolf federasiyasının prezidenti Rauf Xəlilov, Türkiyə qolf federasiyasının prezidenti İldırım Dəmirörən və Türkiyənin ölkəmizdəki səfiri Cahid Bağçı çıxış edərək yarışı 30 illik həsrətə son qoyan Qarabağ zəfərinə həsr olunduğunu qeyd ediblər.
Rəsmi çıxışlardan sonra tədbir bədii hissə ilə davam edib. Qonaqlara maraqlı rəqs nümunələri, həmçinin Şuşa ilə bağlı videoçarx təqdim olunub.