- Baxış sayı: 56
- 22 Oktyabr 2026 11:53
- Baxış sayı: 459
- Oktyabr 21, 2026
- 0

Azərbaycan güləş federasiyasının rəsmiləri Astanada yerləşən Qazaxıstan idman universitetində idman kompleksi və güləş akademiyası ilə tanış olublar. Allsport.az saytı xəbər verir ki, səfər zamanı orada güləş üçün yaradılmış şərait, eləcə də kompleksdə digər idman növləri üzrə yaradılan imkanlara baxış keçiriblər.
Ziyarət çərçivəsində güləş sahəsində aparılan elmi tədqiqatlar və süni intellekt vasitəsilə həyata keçirilən analizlər barədə də məlumat əldə edilib.
Azərbaycan nümayəndə heyəti kompleksdə tətbiq olunan müasir yanaşmalarla da tanış olub. Səfər zamanı Qazaxıstan güləş federasiyasının nümayəndələri ilə də görüş keçirilib və güləş sahəsində qarşılıqlı fikir mübadiləsi aparılıb.