- Baxış sayı: 36
- 22 Oktyabr 2026 22:37
- Baxış sayı: 458
- Oktyabr 21, 2026
- 0

NBA tarixində ilk dəfə mövsümün açılışında altı komanda 20 və ya daha çox xal fərqi ilə məğlub olub.
Allsport.az xəbər verir ki, bütün böyükhesablı məğlubiyyətlər çempionatın ikinci oyun günündə qeydə alınıb.
“Çikaqo Bullz” “Toronto Reptors”a 43 xal fərqi ilə (92:135), “Finiks Sans” “Portlend Treyl Bleyzers”ə 41 xal fərqi ilə, “Mayami Hit” “Minnesota Timbervulvz”a 25 xal fərqi ilə, “Sakramento Kinqz” “Los Anceles Klippers”ə 25 xal fərqi ilə, “Qolden Steyt Uorriorz” “Los Anceles Leykers”ə 22 xal fərqi ilə, “Yuta Caz” isə “Memfis Qrizliz”ə 20 xal fərqi ilə uduzub.