Balakəndə futzal turniri

Azərbaycanda ən populyar idman növlərindən biri olan futzal artıq bölgələrimizə yol açır. Allsport.az saytı xəbər verir ki, bu gün AFFA-nın təşkilatçılığı ilə “Kütləvi futbolun inkişafı proqramı” çərçivəsində Balakən Olimpiya İdman Kompleksində futzal üzrə kiçikyaşlılar arasında turnir start götürüb. İki gün davam edəcək yarışın birinci günündə oğlanlar mübarizəyə qoşulub.

İlkin qeydiyyatından sonra bütün kollektivlərə oyun qaydaları ilə bağlı geniş məlumat verilib. Dairəvi sistem üzrə keçirilən yarışın ilk günü rayon mərkəzinin müxtəlif məktəblərini təmsil edən 9 komanda birincilik uğrunda yarışıb.

Maraqlı idman mübarizəsi şəraitində keçən və baxımlı qollara səhnə olan, 2006-2007-ci təvəllüdlü uşaqların iştirak etdiyi turnirin ən güclüsü Balakən şəhərinin 3 saylı tam orta məktəbinin komandası olub. Qalib komandanın üzvlərinə kubok, diplom və medallar verilib. Həmçinin, futzal turnirində müxtəlif nominasiyalar üzrə fərqlənənlər də müəyyənləşib.

Finalın ən yaxşı oyunçusu – Afər Rəcəbov
Bombardir – Nicat Çirinqov (7qol)
Baxımlı qol – Nicat Çirinqov
Ən yaxşı qapıçı – Ruslan Qarakişiyev
Ən yaxşı müdafiəçi – Rəfail Nəsibov
Ən yaxşı məşqçilər – Mikayılova Pakizə, Quliyeva Bəsti
Fairplay – Nəbiyev Əbdülqədir

Qaliblər AFFA tərəfindən diplomlar və qiymətli hədiyyələrlə təltif edilib. Qeyd edək ki, sabah futzal turniri 10-10 yaşlı qızlar arasında baş tutacaq.

Həmin kateqoriyadan