FOTO
“Bankçılar” almanlarla bərabər oynadı

Xəbər verdiyimiz kimi, ötən gün “İnter” Almaniyanın “Enerji Kottbus” komandası ilə yoxlama matçı keçirdi. Allsport.az xəbər verri ki, oyun 1:1 hesabıyla başa çatdı.

“İnter”in heyətində Nizami Hacıyev fərqləndi. Əfran İsmayılov komandasını hesabda irəli çıxara bilərdi. Lakin yeni transferin penalti zərbəsi dəqiq alınmadı.

Qeyd edək ki, “bankçılar” oyunu azlıqda keçirdi. Belə ki, Laşa Salukvadze qırmızı vərəqə alaraq meydanı tərk etməyə məcbur oldu.

Xatırladaq ki, “İnter” ilk yoxlama matçını Türkiyə təmsilçisi “İnegölspor” komandasına qarşı keçirmiş və 4:1 hesabıyla qalib gəlmişdi.

Həmin kateqoriyadan