Bir daha təkrarlanmayacağını açıqladı

Bir daha təkrarlanmayacağını açıqladı

UFC prezidenti Dana Uayt “Ağ ev”də keçirilən turnirin bir daha təşkil olunmayacağını bildirib.

Allsport.az xəbər verir ki, o, bu ideyanı rədd edib:

“UFC-nin “Ağ ev”dəki turniri kimi bir şey bir daha olmayacaq. Həmin axşam gözləntilərimiz onsuz da yüksək idi və mən heyrətə gəlmişdim. Bu, həyatımda baş verən ən möhtəşəm hadisədir. Orada canlı olmaq inanılmaz idi”.

Turnirin əsas görüşündə amerikalı Castin Geyci ilə ispan-gürcü İliya Topuriya qarşılaşıb. Döyüş 4-cü raundda Geycinin texniki nokautla qələbəsi ilə başa çatıb.

Həmin kateqoriyadan