- Baxış sayı: 255
- 24 Sentyabr 2026 23:59
- Baxış sayı: 70
- Sentyabr 25, 2026
- 0

Allsport.az saytı xəbər verir ki, Azərbaycan idman akademiyasının Fuad Hacıyevin də iştirak etdiyi tədbirdə müqavilə AİA-nın tədris işləri üzrə prorektoru Ülkər Babayeva və Azərbaycan güləş federasiyasının baş katibi Pərvin Piriyev tərəfindən imzalanıb. Anlaşmanın əsas məqsədi təhsil, idman, elm və tədqiqat sahələrində inkişaf, birgə layihə və məqsədlərin həyata keçirilməsi, güləş idman növünün inkişafına və kütləviləşdirilməsinə, eləcə də yüksək ixtisaslı idman mütəxəssislərinin hazırlanmasına dəstək göstərilməsidir.
Sözləşmə çərçivəsində idmançıların, məşqçilərin, hakimlərin və digər idman mütəxəssislərinin peşəkar hazırlığı və inkişafı, tələbələr üçün təcrübə imkanlarının yaradılması, birgə yarış, məşğələ, təlim və ustad dərslərin təşkili, həmçinin tədqiqatların aparılması istiqamətlərində əməkdaşlığın həyata keçirilməsi nəzərdə tutulur.
Tərəfdaşlıq, AİA-nın tədris, elm və ömürboyu təhsil imkanları ilə AGF-nin idman imkanları və təcrübəsindən qarşılıqlı istifadəyə, istedadlı idmançıların müəyyənləşdirilməsi və inkişafına, tələbə və gənclərin idmana cəlb olunmasına imkan yaradır.