“Döyüşçü pis niyyətlə oktqondan çıxırsa, cərimələnə bilər”

“Döyüşçü pis niyyətlə oktqondan çıxırsa, cərimələnə bilər”

UFC prezidenti Dana Uayt döyüşdən sonra oktqondan çıxan döyüşçülərin cərimələnməsi ilə bağlı qərara münasibət bildirib.

Allsport.az xəbər verir ki, Nevada atletika komissiyası UFC-329-da döyüşdən sonra qalib elan edilməmişdən əvvəl oktqondan çıxan bir neçə döyüşçünü 2500 dollar məbləğində cərimələyib. 

Uayt döyüşçülərin qələbədən sonra emosiyalarına hakim olmaqda çətinlik çəkdiyini bildirib:

“Onları qınamaq çətindir. Qələbədən sonra özlərini itirirlər. Bu an üçün çox çalışır, ailələrindən uzaq qalır, çəki salır və çox əziyyət çəkirlər. Nəticə əldə edəndə isə cərimələr barədə düşünmürlər.

Düşünürəm ki, döyüşçü pis niyyətlə oktqondan çıxırsa, cərimələnə bilər. Əgər qələbəni qeyd etmək zorakılığa çevrilirsə, bu, cəzalandırılmalıdır. Həbib bunun ideal nümunəsidir. Amma döyüşçü sevincdən oktqondan çıxırsa, bunda qorxulu heç nə yoxdur”.

Həmin kateqoriyadan