- Baxış sayı: 99
- 10 Sentyabr 2026 22:06
- Baxış sayı: 81
- Sentyabr 13, 2026
- 0

UFC-nin əfsanəvi döyüşçüsü Daniel Kormye İslam Maxaçevin İan Qerri üzərində qələbəsini şərh edib.
Allsport.az xəbər verir ki, Kormye rusiyalı döyüşçünün əvvəlki görüşlərindən fərqli olaraq ciddi təzyiqlə üzləşdiyini bildirib:
“Biz böyük İslam Maxaçevə əvvəllər heç vaxt olmadığı qədər təzyiq göstərildiyinin şahidi olduq. Razıyam, o, yenə də beş raundun dördündə qalib gəldi. Amma ilk dəfə İslamın döyüşdə zərbələr aldığını və qan içində olduğunu gördük. İan Qerri dəfələrlə Maxaçevə gözləniləndən daha çətin döyüş yaşadacağını deyirdi. Döyüş başlayır – İslam rəqibini yerə yıxır. Lakin bir fərq var idi: o, İanı yerdə həqiqətən nəzarətdə saxlaya bilmədi”.
Bu qələbə İslam Maxaçevin peşəkar MMA karyerasında 30-cu döyüşündə 29-cu uğuru olub.