“Hamını məğlub etməyincə heç yerə getməyəcəyəm”

“Hamını məğlub etməyincə heç yerə getməyəcəyəm”

UFC-nin orta çəki üzrə sabiq çempionu Həmzət Çimayev yarım ağır çəki dərəcəsinə keçəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Allsport.az xəbər verir ki, çeçen əsilli döyüşçü hələlik 84 kq çəki dərəcəsini tərk etmək niyyətində olmadığını deyib:

“84 kq-da hamını məğlub etməyincə heç yerə getməyəcəyəm”.

Çimayev son döyüşünü 2026-cı ilin mayında UFC-328 turnirində keçirib. O, Şon Striklendə hakimlərin bölünmüş qərarı ilə məğlub olub.

Həmin kateqoriyadan