- Baxış sayı: 49
- 08 Sentyabr 2026 23:46
- Baxış sayı: 378
- Sentyabr 08, 2026
- 0

Braziliyalı UFC döyüşçüsü Karlos Prates yarımorta çəki dərəcəsində çempion olan İslam Maxaçevə meydan oxuyub.
Allsport.az xəbər verir ki, Maxaçev avqustun 16-da irlandiyalı İan Qeriyə qalib gəldikdən sonra növbəti döyüşünü Pratesə qarşı keçirmək istədiyini bildirib.
Braziliyalı idmançı isə sosial şəbəkədə yayımladığı videoda ona cavab verib:
“Mən səni nokaut edəcəyəm, qardaş. Nokaut edəcəyəm. Bu kəməri Braziliyaya aparacağam. Braziliyadan UFC-də yarımorta çəkidə ilk çempion olacağam”.
Karlos Prates MMA-da keçirdiyi 27 döyüşün 21-də qalib gəlib. İslam Maxaçev isə 30 döyüşdə 29 qələbə qazanıb.