- Baxış sayı: 100
- 10 Sentyabr 2026 22:06
- Baxış sayı: 202
- Sentyabr 13, 2026
- 0

İki fərqli çəki dərəcəsində UFC-də çempion olan Aleks Pereyra azarkeşlərdən növbəti rəqibini seçmələrini xahiş edib.
Allsport.az xəbər verir ki, braziliyalı döyüşçü 2026-cı ilin sonuna qədər yenidən oktaqona çıxmaq niyyətində olduğunu və pərəstişkarlarının rəyinin UFC-nin qərarına təsir göstərə biləcəyini bildirib:
“Hamınıza salam! Hazırda Las-Veqasdayam və həqiqətən döyüşmək istəyirəm. Bu il daha bir döyüş keçirmək niyyətindəyəm və fikirlərinizi eşitmək istərdim, çünki onlar çox vacibdir. Növbəti rəqibimi seçərkən bu, təşkilat üçün də böyük önəm daşıyır. Bilirik ki, azarkeşlərin və tamaşaçıların güclü təsiri var, ona görə də şərhlərdə kiminlə döyüşməli olduğumu düşündüyünüzü yazın. Başlayaq!”.
Braziliyalı idmançı daha əvvəl karyerasını ağır çəki dərəcəsində davam etdirmək istədiyini açıqlayıb.
İyun ayında baş tutan son döyüşündə Pereyra UFC-nin müvəqqəti ağır çəki titulu uğrunda Siril Qan ilə qarşılaşmada ikinci raundda texniki nokautla məğlub olub.