- Baxış sayı: 50
- 03 Sentyabr 2026 23:12
- Baxış sayı: 79
- Sentyabr 01, 2026
- 0

UFC qadınların yüngül çəki dərəcəsində yeni titul döyüşünü rəsmiləşdirib.
Allsport.az xəbər verir ki, Nataliya Silva və Vanq Konq UFC-332 turnirinin əsas qarşılaşmasında çempionluq kəməri uğrunda üz-üzə gələcəklər. Döyüş oktyabrın 3-də Solt-Leyk Sitidə keçiriləcək.
Hazırkı çempion Valentina Şevçenkonun təxminən bir il yarışlardan kənarda qala biləcəyi bildirilib. Lakin onun yoxluğunun səbəbi açıqlanmayıb.
29 yaşlı Silva UFC-də keçirdiyi bütün səkkiz döyüşdə qalib gəlib və ümumilikdə 14 görüşlük qələbə seriyasına malikdir. O, son üç qarşılaşmasında sabiq UFC çempionları Rouz Namayunas, Aleksa Qrasso və Cessika Andradeni məğlub edib.
Vanq Konqun peşəkar MMA göstəricisi 10 qələbə və bir məğlubiyyətdir. Çinli döyüşçü son dörd qarşılaşmasının hamısında qalib gəlib.