- Baxış sayı: 16
- 12 Avqust 2026 18:14
- Baxış sayı: 222
- Avqust 12, 2026
- 0

Azərbaycanin Yaponiyadakı fövqəladə və səlahiyyətli səfiri Fərid Talıbov bu ölkədə təlim-məşq toplanışında olan Azərbaycanın sumo millisini ziyarət edib.
Allsport.az xəbər verir ki, yığma üzvləri Asahi Qaoka sumo məktəbi və Yaponiyanin ən böyük universiteti olan “Nihon Daigakuda” hazırlıq prosesində iştirak ediblər. Fərid Talıbov komandanın məşq prosesini ziyarət edib.
O, hazırlıq prosesi ilə yaxından tanış olub və oktyabrın 17-18-də Bakıda keçiriləcək sumo üzrə dünya çempionatında milli komandaya uğurlar arzulayıb və yarışda yüksək nəticə qazanacaqlarına inandığını bildirib.