- Baxış sayı: 43
- 03 Avqust 2026 23:44
- Baxış sayı: 74
- Avqust 04, 2026
- 0

BOK-un mətbuat xidməti Parisdə olimpiya oyunlarının ləğvi ilə bağlı şayiələrin yayılması ilə bağlı bəyanat yayıb.
Allsport.az xəbər verir ki, bundan əvvəl sosial şəbəkələrdə iyulun 4-də dərc edilməli olan “Le Point” qəzetində baş məqaləyə görə oyunların təxirə salına və ya ləğv oluna biləcəyi barədə məlumatlar yayılmağa başladı. Məqalədə ən böyük müsabiqənin başlamasına 3 həftə qalmış ləğv edilməsindən bəhs edilir. Ləğv edilməsinə səbəb Fransa prezidenti Emmanuel Makronun seçkilərdən sonra ölkədə vətəndaş müharibəsi təhlükəsi ilə bağlı açıqlaması olub.
“Bu, açıq-aydın Fransaya, BOK-a, onun prezidentinə və olimpiya oyunlarına qarşı davam edən dezinformasiya kampaniyasının bir hissəsidir. Bu iddia heç bir faktiki məlumatlara əsaslanmır.
BOK prezidenti və bütün olimpiya hərəkatı iyulun 26-da keçiriləcək açılış mərasimindən başlayaraq 2024-cü ildə Parisdə keçiriləcək möhtəşəm Olimpiya Oyunlarını səbirsizliklə gözləyir”.