“Boluspor” Cavadovu təqdim etdi, futbolçumuz danışdı

Türkiyənin “Boluspor” klubu Azərbaycan yığmasının hücumçusu Vaqif Cavadovu transfer etməsini rəsmi saytı vasitəsi ilə açıqlayıb. Allsport.az xəbər verir ki, Bolu təmsilçisi futbolçumuzla mövsümün sonunadək müqavilə bağlayıb.

Cavadov klubun rəsmi saytına açıqlama da verib. Millimizin üzvü bunları söyləyib: “Boluspor”a gəldiyim üçün çox məmnunam. Qarşılıqlı anlaşaraq, müqavilə imzaladıq. Həm baş məşqçimizin, həm də klub prezidentinin buraya gəlməyimdə böyük əməyi oldu. Canla-başla mübarizə aparmağa hazıram. Elə buna görə də “Boluspor”a gəlmişəm. İnşallah, uğur qazanarıq”.

Qeyd edək ki, Cavadov mövsümün ilk yarısını Türkiyə birinci liqa təmsilçisi “Qaziantep BB” klubunda keçirib.

Həmin kateqoriyadan