“Bu uğursuzluğa son qoymalıyıq”

Çempionlar liqasının ilkin ələməsində “Europa” (Cəbəllütariq), “Kampuksen Dinamo” (Finlandiya) və “Raba” (Latviya) klublarına rəqib olan “Araz-Naxçıvan”, mübarizəyə hazırlığını davam etdirir. Allsport.az saytı xəbər verir ki, aparıcı futzalçı Xətai Bağırov çalışmalarla bağlı deyib:

“Çempionlar liqasının hazırlığına başlamışıq. İlk öncə fiziki hazırlığımızı yüksəltmək üçün məşqlər edirik. Yeni transferlərimiz 2-3 gün ərzində komandaya qoşulacaqlar.

Taktiki çalışmalarımızı isə baş məşqçinin rəhbərliyi ilə keçəcəyik. Qrup mərhələsindəki rəqiblərimiz haqda ətraflı məlumata sahib deyiləm. Amma bilirəm ki, hər biri öz ölkəsinin milli komandasının bazasını təşkil edir.

Son 4 mövsümdə mübarizəni ilk mərhələdə dayandırmışıq. Əlbəttə, bu uğursuzluğa son qoymalıyıq. Komandamızın qarşısına konkret tapşırıq qoyulub: qrup lideri olmaq və əsas mərhələyə vəsiqə qazanmaq! Bunu etməliyik ki, reytinq xallarımız da artsın. Komandamızın potensialı məqsədə nail olmağa imkan verəcək”.

Həmin kateqoriyadan