Bursanın ev sahibliyi etdiyi 4-cü dünya köçəri oyunları başa çatıb

Türkiyənin Bursa vilayətinin İznik rayonunda “Ənənələrdən gələcəyə birlikdəyik!” şüarı altında keçirilən 4-cü dünya köçəri oyunları başa çatıb. Allsport.az saytı xəbər verir ki, Azərbaycan tədbirdə xeyli idmançı ilə və ölkəmizin tarixini və mədəniyyətini tərənnüm edən çadırlarla təmsil olunub.

4 gün ərzində 13 idman növü üzrə 102 ölkədən 3000 atlet çempionluq uğrunda mübarizə aparıb. Türkiyənin gənclər və idman naziri Məhməd Məhərrəm Qəssaboğlu, Bursa valisi Yaqub Canpolad, Bursa büyükşəhər bələdiyyəsinin sədri Əlinur Ağdaş, Dünya etnoidman konfederasiyasının rəhbəri Bilal Ərdoğan və digər rəsmi şəxslər bağlanış mərasimində iştirak ediblər.

Həmin kateqoriyadan