“Çernomorets”in vəziyyəti bu dərəcədə pis olmasaydı, Qriqorçuk “Qəbələ”yə getməzdi”

“Futbol 1” və “Futbol 2” telekanallarının eksperti Sergey Morozov Roman Qriqorçukun “Qəbələ”nin sükanı arxasına keçməsini şərh edib. Allsport.az xəbər verir ki, o, bunları söyləyib:

“Qriqorçuk bildiyimə görə, 1,5 illik müqaviləyə imza atıb. Onun bu müddət ərzində özünü göstərəcəyinə şübhəm yoxdur. Çünki kifayət qədər səviyyəli məşqçidir. Mən vaxtilə onu hətta yığma komandaya da təklif etmişdim. Mənə elə gəlir ki, o, bizim top-klublarımızdan birinə başçılıq edə bilər.

Məsələn, vaxtilə “Metallist” ona maraq göstərirdi. Son zamanlar Azərbaycan futbolunun səviyyəsi yüksəlib. Oyunçuları da pis çıxış etmirlər. Ona görə mənə elə gəlir ki, Qriqorçuk orada öz səviyyəsini təsdiqləyə biləcək. Amma “Qəbələ” onun üçün inkişaf göstəricisi deyil. Fikrimcə, “Çernomorets”də vəziyyət belə olmasaydı, Qriqorçuk klubda qalardı.

Çünki bu komanda yaxın zamanlarda medallar uğrunda mübarizəyə də qoşula bilərdi. Qriqorçukun “Çernomorets”dəki futbolçularından hansını Azərbaycana dəvət etdiyindən xəbərim yoxdur. Amma mənə elə gəlir ki, buna şərait yaradılsa, Qriqorçuk öz oyununu məhz onların üzərində quracaq”.

Həmin kateqoriyadan