- Baxış sayı: 31
- 07 Noyabr 2024 17:54
- Baxış sayı: 36
- Noyabr 08, 2024
- 0
“Klubların sayının artırılması, ölkə çempionatında legionçu həddinin olması və 1-ci liqanın təşkili qarşıya əsas hədəf kimi qoyulub. 2026-cı ildə qadınlar arasında qitə çempionatının qrup oyunu Azərbaycanda keçiriləcək. İndidən buna hazırlaşmalıyıq. Bizim Faiq Qarayev kimi güclü baş məşqçimiz var. İnanıram ki, mərhələli şəkildə öz məqsədimizə çatacağıq”.
Allsport.az saytı xəbər verir ki, bunu “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində yüksək liqanın və ölkə kubokunun püşkatmasında AVF-in prezidenti Şahin Bağırov dedi. Onun sözünə görə, çimərlik voleybolunda uğurlar meydançalara da sıçrayacaq:
“Türkiyədə çimərlik voleybolu tarixində 1-ci dəfə keçirilən Avropa kubokunda “Murov Az Terminal” finalda Anqaranın “TVF Spor Lisesi” klubuna qalib gəldi. Bu, yeni federasiya rəhbərliyinin ilk uğurudur. Meydançalarda da böyük qələbələrimiz olacaq. Ancaq tələsməməliyik, hər işə tam hazır olmalıyıq. Zəif durumda uduzmaqdansa, həmin beynəlxalq yarışa qatılmamaq, toparlanaraq daha yaxşı şəkildə mübarizəyə qoşulmaq doğru olar.
Uşaq voleybolunun inkişaf etdirilməsi, yerli məşqçilərin yetişdirilməsi və müxtəlif yaş qrupları üzrə milli komandaların gücləndirilməsi istiqamətində də iş gedir. Qardaş ölkədən cəlb edilən mütəxəssislər bu məsələdə bizə kömək edirlər. 20-30 il öncə bölgələrdə klublar mövcud deyildi, istedad sorağı və axtarışı yox idi.
Biz sistemi qurmuşuq. Əsas düzgün təməldir. İşə peşəkar və ürəklə yanaşmaq lazımdır. Görülən işlərin təbliğində medianın rolu böyükdür. Birgə səylərimizlə bunu daha geniş tərkibdə ictimaiyyətə çatdıracağıq. Bu gün istedadlı voleybolçularımız var. Onlaarın dəstəyə ehtiyacı var. Televiziyalarda göstərilən, saytlarda dərc edilən xəbərlər onları daha ruhlandıra bilər”.
Kamran HACI