Cüdoçuların rəqibləri bilindi

Aprelin 22-də Monteneqronun paytaxtı Podqoritsada böyüklər arasında cüdo üzrə Avropa çempionatının püşkatma mərasimi keçirilib. Allsport.az xəbər verir ki, püşkatmanın nəticələrinə görə Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib.

Turnirdə Azərbaycanı 12 çəki dərəcəsində ümumilikdə 15 cüdoçu (9 kişi, 6 qadın) fərdi yarışlarda təmsil edəcək. Milli həmçinin qarışıq komanda yarışında da çıxış edəcək.

Yarış sabah Bakı vaxtı ilə saat 12:30-da başlayacaq. Turnirin təsnifat mərhələsinin görüşlərini canlı olaraq judotv.com saytından, final blokunu isə 18:00-dan etibarən İdman TV-dən izləyə bilərsiniz.

Kişilər

60 kq

1/16 final

Əhməd Yusifov – İzhak Aşpiz (İsrail)

Turan Bayramov – Ceyms Zahra (Malta)

66 kq

1/16 final

Ruslan Paşayev – Boyan Yotov (Bolqarıstan)

73 kq

1/16 final

Rəşid Məmmədəliyev – Benjamin Levi (Böyük Britaniya)

81 kq

1/16 final

Səlim Tçkayev – Orelyen Bonferroni (İsveçrə)

Ömər Rəcəbli – Jon Vrenozi (Albaniya) / Eetu İhanamaki (Finlandiya) cütünün qalibi ilə 

90 kq

1/16 final

Murad Fətiyev – Aleksandr Sidorik (IJF)

100 kq

1/8 final

Səlim Kotsoyev – Simeon Georgiadis (Yunanıstan) / Aristos Mixael (Kipr) cütünün qalibi ilə 

+100 kq

1/16 final

Uşanqi Kokauri – Patrik Broneç (Polşa)

Qızlar

48 kq

1/16 final

Könül Əliyeva – Paulina Şlaxta (Polşa)

52 kq

1/16 final

Gültac Məmmədəliyeva – Çiara Serra (Almaniya) 

57 kq

1/16 final

Fidan Əlizadə – Anastasiya Sokiryanska (Latviya)

70 kq

1/32 final

Günel Həsənli – Anna Oleynik-Korniyenko (Ukrayna)

Südabə Ağayeva – Adelina Novitski (İsrail) 

+78 kq

1/16 final

Nigar Süleymanova – Sofio Somxişvili (Gürcüstan)

Qarışıq komanda

1/8 final

Azərbaycan – İtaliya

Həmin kateqoriyadan