- Baxış sayı: 45
- 02 İyul 2026 16:49
- Baxış sayı: 84
- İyul 03, 2026
- 0

4–11 oktyabr tarixlərində Bakıda keçiriləcək cüdo üzrə böyüklər arasında dünya çempionatının rəsmi emblemi ictimaiyyətə təqdim olunub.
Allsport.az saytı xəbər verir ki, bayrağın əsas ideyası Azərbaycanın “Odlar Yurdu” kimi tanınmasından ilhamlanır.
Dizaynda istifadə olunan alov elementi ölkəmizin simvolunu əks etdirməklə yanaşı, tatamidə mübarizə aparan cüdoçuların dinamizmini, əzmini və qələbə ruhunu vizual şəkildə ifadə edir.
Rəng həlli dizayna müasirlik, dinamika və vizual dərinlik əlavə edir. Ümumi vizual dil isə dünya çempionatının beynəlxalq miqyasını, nüfuzunu və cüdonun enerjisini ön plana çıxarır.
Rəsmi emblem Bakı-2026 dünya cüdo çempionatının vizual kimliyinin əsas elementlərindən biridir. O, qarşıdakı dövrdə yarışın bütün kommunikasiya materiallarında və tanıtım kampaniyasında istifadə olunacaq.
Qeyd edək ki, yarışın biletləri artıq satışdadır və azarkeşlər dünya cüdosunun ən möhtəşəm yarışlarından birini Bakıda canlı izləmək imkanı əldə edəcəklər.