- Baxış sayı: 60
- 20 İyul 2026 19:22
- Baxış sayı: 160
- İyul 22, 2026
- 0

Abşeron olimpiya idman kompleksində “Avropa cüdo ümidləri” yarışı başlayıb. Allsport.az saytı xəbər verir ki, yarışda Azərbaycan, Almaniya, Macarıstan, İsrail, Rumıniya, Rusiya, Səudiyyə Ərəbistanı, Tacikistan, Türkiyə və Ukraynandan ümumilikdə 81 klubdan 289 yeniyetmə çııxş edir.
Turnirlə yanaşı olaraq, iştirakçılar üçün texniki seminarlar da keçirilir. Kodokan mütəxəssisi, 2-qat olimpiya mükafatçısı, 3-qat dünya çempionu Misato Nakamura və olimpiya mükafatçısı Mariya Çentrakkionun rəhbərliyi ilə təşkil olunan məşğələdə müasir texniki yanaşmalar, fəndlərin incəlikləri və məşq metodikaları ilə bağlı biliklərini artırmaq imkanı əldə ediləcək.